XİDMƏTLƏRİMİZ

Bizim təklif etdiyimiz bütün xidmətlər Azərbaycan Respublikasının qanunvericiliyinin və Gömrük məcəlləsinin normalarına uyğun olaraq icra edilir.

Elektron Qısa idxal bəyannamələrinin tərtibi

Mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qısa idxal bəyannaməsinin doldurulması xidməti.

Bütün növ gömrük bəyənnamələrinin tərtibi

Elektron gömrük bəyannaməsinin, İdxal, İxrac, Tranzit, Məsul Saxlanc, Müvəqqəti idxal, Müvəqqəti ixrac, Təkrar idxal, Təkrar ixrac və s. gömrük bəyannamələrinin tərtib olunması.

Gömrük rəsmiləşdirilməsi xidməti

Təmsil etdiyi şəxsin tapşırığı əsasında tam gömrük rəsmiləşdirilməsi ilə bağlı yükə aid müvafiq sənədləri gömrük orqanlarına təqdim edilməsi, gömrük rəsmiləşdirilməsinə aid mərhələlərdən keçirilməsi və gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra təmsil etdiyi şəxsə ötürülməsi.

Gömrük ödənişlərinin (rüsumları) öncədən öyrənilməsi

Yükün idxalından öncə yükün rəsmiləşdirilməsinə dair bütün gömrük rüsumlarının, habelə istifadə olunacaq xidmətlərin ödənişlərinin hesablanması və müştəriyə təqdim olunması.

Sertifikatların və icazələrin alınması

Yüklərin gömrük rəsmiləşdirilməsi məqsədi üçün tələb olunan gömrük sənədlərinin habelə müvafiq icazələrin və sertifikatların əldə olunması.

Xifən kodlarının müəyyən olunması

Ayrı- ayrı mal mövqeyləri üzrə malların gömrük kodlarının və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük məlumatlarının verilməsi.

Nəqliyyat sənədlərinin tərtibi

TİR Carnet, CMR və digər nəqliyyat sənədlərinin tərəfimizdən hazırlanması.

Məsləhət xidmətləri

Gömrük rəsmiləşdirilməsinə dair sualların cavablandırılması, aidiyyəti məsləhətlərin verilməsi və ortaya çıxmış məsələlərə dair müvafiq köməklikərin göstərilməsi

Laboratoriya

Sifariş əsasında nümunələrin Az. Res. Dövlət Gömrük Kömitəsinin Mərkəzi Gömrük Ekspertiziya idarəsinə göndərilməsi xidməti.

Kuryer xidməti

Yükün müşayiət sənədlərinin sifarişçinin ünvanından və daşıyıcı təşkilatdan təhvil alınması.

XML tərtibi

Malların kargo manifestinə uyğun olaraq bölünməsi