HAQQIMIZDA

Hədəflərinizə bir addım daha yaxın!

"HEDEF Customs Service" MMC

Şirkətimizin gömrük işləri üzrə göstərdiyi xidmətlər təkcə zəruri icazə sənədləri paketinin hazırlanmasından ibarət deyil. Zərurət olarsa, sifarişçiyə istənilən mərhələdə gömrük rəsmiləşdirilməsi prosesinə nəzarət etmək imkanı verilir. Yüksək ixtisas səviyyəsi və çoxillik uğurlu iş təcrübəsi sayəsində biz sizin biznesinisin genişləndirilməsi və gələcək inkişafı üçün optimal həll tapacağıq. Qarşılıqlı səmərəli və tamamilə şəffaf əməkdaşlıq nəticəsində sifarişçi puluna və vaxtına qənaət edəcək və bu vəsaitini və vaxtını birinci dərəcəli biznes vəzifələrinin həllinə yönəldə biləcək. Qeyd etmək lazımdır ki, şirkətimiz istənilən növ yükün, o cümlədən məişət məhsullarının və yüksək texnologiya mallarının və hissələrinin gömrük rəsmiləşdirilməsinə zəmanət verir.

Bütün xidmətlərimiz yüksək təcrübəli gömrük mütəxəssisləri tərəfindən təmin edilir. Mütəxəssislərimizin ən son qanuni və prosedur dəyişikliklərindən hər zaman xəbərdar olmasını təmin edirik və buna görə də sizə və şirkətinizə bütün gömrük xidmətlərində yüksək səviyyədə xidmət göstərməyə hazırıq.

Saytımızda qeyd edilmiş telefon nömrələrinə zəng edərək, əməkdaşlıq şərtləri ilə daha ətraflı tanış ola bilərsiniz.

MÜTƏXƏSSİSLƏRİMİZ

Komandamızın hər biz üzvü istedadlı və professionaldır, lakin bizim uğurumuzun əsas səbəbi iş prosesində yaradılmış qüsursuz komanda işidir.